İstirahət günləri yollar qan çanağına döndü: 6 ölü
14 iyun 2021 11:46 (UTC +04:00)

İstirahət günləri yollar qan çanağına döndü: 6 ölü

Respublikanın daxili İşlər orqanları ötən həftəsonu törədilən 61 cinayətin üstünü "isti izlər"lə açıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə, ümumilikdə 27 nəfər, o cümlədən borclu qismində axtarışda olan 17 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında baş verən 3 yol-nəqliyyat hadisəsi nəticəsində 6 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 36, qanunsuz saxlanılan silah-sursatla bağlı isə 3 fakt qeydə alınıb.

Cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1593
avatar

Mehman Nəbiyev

Oxşar yazılar