İsmayıllı-Lahıc avtomobil yolunu birləşdirən ana yol uçdu
30 mart 2024 18:34 (UTC +04:00)

İsmayıllı-Lahıc avtomobil yolunu birləşdirən ana yol uçdu

İsmayıllı-Lahıc avtomobil yolunu birləşdirən ana yol uçub.

Lent.az APA-ya istinadən xəbər verir ki, nəticədə gediş-gəlişdə fasilələr yaranıb. İstifadə də olan körpünün uzunluğu 42, eni isə 7 metrdir. Həmin körpüdən İsmayıllı-Lahıc istiqamətində sakinlər gündəlik gəliş-gedişdə istifadə edirlər. Bu gün günorta saatlarında körpünün giriş istiqamətindəki 5 metrlik hissəsi uçub. Beton hissə dağıldığından asvalt örtüyü çöküb. Yolun en hissəsi ümumilikdə 7 metrdir, salamat qalan 2 metrlik hissədən yalnızca kiçik avtomobillər və piyadalar istifadə edir. Ağırtutumlu yük avtomobillərinin isə hər iki istiqamətdə hərəkəti hələ ki, məhduddur. Əraziyə İsmayıllı rayon 5 saylı xüsusi təyinatlı yol istismarı idarəsinin canlı qüvvəsi və texnikası cəlb edilib.

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat Xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, sel suları İsmayıllı rayonu Gəndov kəndində yolun bir hissəsini yuyub:
“Artıq yaranmış problemin aradan qaldırılması istiqamətində işlərə başlanılıb. Ən qısa zamanda problem aradan qaldırılaraq gediş-gəliş tamamilə bərpa ediləcək".

İsmayıllı-Lahıc avtomobil yolunu birləşdirən ana yol uçub - FOTO İsmayıllı-Lahıc avtomobil yolunu birləşdirən ana yol uçub - FOTO İsmayıllı-Lahıc avtomobil yolunu birləşdirən ana yol uçub - FOTO İsmayıllı-Lahıc avtomobil yolunu birləşdirən ana yol uçub - FOTO İsmayıllı-Lahıc avtomobil yolunu birləşdirən ana yol uçub - FOTO

# 2238
avatar

Oxşar yazılar

Bakıda bu yolda sürət endirildi

Bakıda bu yolda sürət endirildi

3 may 2024 , 23:15
Polis kapitanı faciəvi   şəkildə öldü

Polis kapitanı faciəvi şəkildə öldü

3 may 2024 , 18:48
Bakı həbsxanasında ÖLÜM

Bakı həbsxanasında ÖLÜM

3 may 2024 , 17:31
İtkin düşən hamilə qadının meyiti tapıldı

İtkin düşən hamilə qadının meyiti tapıldı

3 may 2024 , 16:47
Bakıda kişi sevgilisinə görə özünə OD VURDU  - VİDEO  - YENİLƏNİB

Bakıda kişi sevgilisinə görə özünə OD VURDU - VİDEO - YENİLƏNİB

3 may 2024 , 16:37
Kəlbəcərdə hərbçilərimiz QƏZAYA DÜŞDÜ:  1 ölü, 4 yaralı

Kəlbəcərdə hərbçilərimiz QƏZAYA DÜŞDÜ: 1 ölü, 4 yaralı

3 may 2024 , 16:27
Azərbaycanın güneyində DƏHŞƏTLİ QƏZA:  7 nəfər öldü

Azərbaycanın güneyində DƏHŞƏTLİ QƏZA: 7 nəfər öldü

3 may 2024 , 15:24
Sürücü yol polisinə bıçaq çəkdi

Sürücü yol polisinə bıçaq çəkdi

3 may 2024 , 15:19