Aşkarlanan mallar
01 dekabr 2022 16:15 (UTC +04:00)

Aşkarlanan mallar

İrandan Azərbaycana üzərində ermənicə yazılan mallar gətirildi - VİDEO

Azərbaycan gömrükçüləri indiyə qədər rastlaşmadıqları hüquqpozma faktı ilə üzləşiblər.

Dövlət Gömrük Komitəsindən Lent.az-a verilən məlumata görə, Bakı Baş Gömrük İdarəsinin “İpək Yolu” postunda digər malların içərisindən gömrük orqanına bəyan edilməyən, üzərindəki yazılara görə Ermənistan istehsalı olan inşaat malları aşkar edilib.

İndiyədək ölkə ərazisinə qanunsuz yolla gətirilməsinə cəhd edilən Ermənistan malları adətən qida məhsulları və alkoqollu içkilərdən ibarət olub.

Bu dəfə aşkara çıxarılan mallar isə inşaat işlərində istifadə edilən silikon məmulatı üçün 24820 ədəd qab və silikon məmulatı qablarının qablaşdırılması üçün nəzərdə tutulan 1050 ədəd boş karton qutu olub.

Bu malların İranda fəaliyyət göstərən şirkət tərəfindən Azərbaycanda fiziki şəxsin ünvanına göndərildiyi müəyyən edilib.

Bəs üzərində erməni dilində yazıları olan bu mallar Azərbaycana nə məqsədlə gətirilib?

Faktla bağlı Dövlət Gömrük Komitəsi və Dövlət Təhlükəsizlik Xidməti tərəfindən birgə araşdırma aparılır.

# 1350
avatar

Oxşar yazılar

Dəvə qəzaya səbəb oldu:  14 nəfər öldü

Dəvə qəzaya səbəb oldu: 14 nəfər öldü

6 fevral 2023 , 00:58
Xətai prospektində QƏZA:  Piyada öldü,   sürücü qaçdı-YENİLƏNİB

Xətai prospektində QƏZA: Piyada öldü, sürücü qaçdı-YENİLƏNİB

6 fevral 2023 , 00:48
Motosikletlə toqquşan taksi binaya girdi-FOTO

Motosikletlə toqquşan taksi binaya girdi-FOTO

6 fevral 2023 , 00:03
Müğənni Zeynəb Dostəliyeva vəfat etdi

Müğənni Zeynəb Dostəliyeva vəfat etdi

5 fevral 2023 , 23:15
Pensiyası kəsildi, <span class="red_color" > benzin içib   özünü yandırdı

Pensiyası kəsildi, benzin içib özünü yandırdı

5 fevral 2023 , 23:07
Sərxoş şəxlər toyda bıçaqlandı, birinin...

Sərxoş şəxlər toyda bıçaqlandı, birinin...

5 fevral 2023 , 22:25
Bakıdan İstanbula uçan təyyarə Ankaraya endi

Bakıdan İstanbula uçan təyyarə Ankaraya endi

5 fevral 2023 , 21:41
Azərbaycan şairinin İrandakı məzarına qarşı VANDALİZM AKTI -FOTO

Azərbaycan şairinin İrandakı məzarına qarşı VANDALİZM AKTI-FOTO

5 fevral 2023 , 21:00