İran vətəndaşından  rüşvət alan   şəxs ifşa olundu
15 noyabr 2023 19:38 (UTC +04:00)

İran vətəndaşından rüşvət alan şəxs ifşa olundu

Dövlət Gömrük Komitəsi ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin birgə keçirdiyi əməliyyat nəticəsində gömrük rəsmiləşdirilməsinin tezləşdirilməsi müqabilində İran vətəndaşından qeyri-qanuni pul alan şəxs ifşa olunub.

Dövlət Gömrük Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən Lent.az-a verilən məlumata görə, İran vətəndaşı Camal Farjam Özbəkistandan üçüncü ölkəyə daşınması məqsədilə Azərbaycana idxal etdiyi malların gömrük rəsmiləşdirilməsinin tezləşdirilməsi müqabilində Azərbaycan
vətəndaşı F. Niyazovun ondan 9.100 dollar məbləğində pul vəsaiti aldığını bildirib.

Faktla bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi ilə Dövlət Gömrük Komitəsi birgə əməliyyat-axtarış tədbirləri keçirib və Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə cinayət işi başlanıb.

Dövlət Gömrük Komitəsi vətəndaşlara gömrük orqanlarının işgüzar nüfuzuna xələl gətirən bu kimi qanunsuz əməllərlə məşğul olan şəxslər barədə faktlarla rastlaşdıqda dərhal Dövlət Gömrük Komitəsinə və ya digər hüquq-mühafizə orqanlarına məlumat vermələrini tövsiyə edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5357

Oxşar yazılar

Sumqayıtda yola mənşəyi naməlum maddə dağıldı

Sumqayıtda yola mənşəyi naməlum maddə dağıldı

11 may 2025 , 18:43
Xudafərində qazıntı aparan iranlılardan biri çaya düşdü -YENİLƏNİB -VİDEO

Xudafərində qazıntı aparan iranlılardan biri çaya düşdü-YENİLƏNİB-VİDEO

11 may 2025 , 14:16
Balakəndə evdən meyit tapıldı

Balakəndə evdən meyit tapıldı

11 may 2025 , 10:52
Bakıda yanan tikilidə meyit aşkarlandı

Bakıda yanan tikilidə meyit aşkarlandı

11 may 2025 , 10:09
Qazaxda yeniyetmə skuterdən yıxılıb öldü

Qazaxda yeniyetmə skuterdən yıxılıb öldü

11 may 2025 , 01:46
İmişlidə 33 yaşlı kişi bıçaqlandı

İmişlidə 33 yaşlı kişi bıçaqlandı

10 may 2025 , 23:15
Gəncədə avtomobil 52 yaşlı qadını vurub öldürdü

Gəncədə avtomobil 52 yaşlı qadını vurub öldürdü

10 may 2025 , 22:41
Gəncədə maşın 18 yaşlı qızı vurdu

Gəncədə maşın 18 yaşlı qızı vurdu

10 may 2025 , 22:04