İmişlidə  FACİƏ:   iki məktəblini "tok" vurub  öldürdü -YENİLƏNİB
14 aprel 2024 16:46 (UTC +04:00)

İmişlidə FACİƏ: iki məktəblini "tok" vurub öldürdü-YENİLƏNİB

İmişli şəhərində 5 saylı orta məktəbin həyətində elektrik cərəyanının vurması nəticəsində həyatlarının itirən məktəblilərin şəxsiyyəti məlum olub.

Lent.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, elektrik cərəyanın vurması nəticəsində İmişli sakinləri 2010-cu il təvəllüdlü İsbərov Amid Seyran oğlu və Məmmədzadə Fərhan Farid oğlu həyatlarının itiriblər.

Amid İsbərov və Fərhan Məmmədzadə 8-ci sinif şagirdləri olub.

***

saat 15.57

İmişlidə iki məktəblini elektrik cərəyanı vuraraq öldürüb.

Lent.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, hadisə İmişli şəhərində 5 saylı orta məktəbin həyətində baş verib.

Məktəbin həyətində 6 və 8-ci sinifdə oxuyan iki məktəbli elektrik cərəyanı vurması nəticəsində həyatlarını itiriblər.

 

# 4047
avatar

Oxşar yazılar