İlin ilk Günəş tutulması başa çatdı - VİDEO  - YENİLƏNİB
09 aprel 2024 00:53 (UTC +04:00)

İlin ilk Günəş tutulması başa çatdı - VİDEO - YENİLƏNİB

Bu ilin ilk Günəş tutulması başam çatıb.

Lent.az xəbər verir ki, bu hadisə tam Günəş tutulmasıdır.

Təbiət hadisəsi Sakit və Atlantik Okeanı, Qərbi Avropa, Şimalı və Cənubi Amerika, Arktikanı əhatə edib.

Tam tutulma ABŞ-nin cənub-qərb hissəsi, Kanadanın qərbi və Meksikadan keçib.

Tutulma hadisəsi 5 saat 10 dəqiqə 7 saniyə, tam tutulma prosesi isə 3 saat 16 dəqiqə 45 saniyə davam edib.

***

Saat 21:49

Bu ilin ilk Günəş tutulması başlayıb.

Lent.az xəbər verir ki, bu hadisə tam Günəş tutulmasıdır.

Təbiət hadisəsi Sakit və Atlantik Okeanı, Qərbi Avropa, Şimalı və Cənubi Amerika, Arktikanı əhatə edir.

Tam tutulma ABŞ-nin cənub-qərb hissəsi, Kanadanın qərbi və Meksikadan keçəcək.

Tutulma Bakı vaxtı ilə saat 19:42-də başlayıb və aprelin 9-u saat 00:52-də bitəcək.

Qismən tutulma 70-80 dəqiqə arasında davam edə bilər. Günəş tutulması Ay Yerlə Günəş arasından keçdikdə baş verəcək və səma bir anlıq qaralacaq.

Günəş tutulması Azərbaycanda müşahidə olunmur.

# 2934
avatar

Oxşar yazılar