İki maddə ilə axtarışda olan qadın tutuldu
30 noyabr 2022 13:41 (UTC +04:00)

İki maddə ilə axtarışda olan qadın tutuldu

Bakıda qadın həmcinsini qarət edib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Səbail rayon Polis İdarəsinin 41-ci Polis Bölməsi və Ağsu rayon Polis Şöbəsinin əməkdaşları birgə əməliyyat-axtarış tədbirləri keçiriblər. Nəticədə Cinayət Məcəlləsinin 177-ci (Oğurluq) və 234-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə axtarışda olan A.Həşimova saxlanılıb.

Araşdırmalarla onun paytaxtın Yasamal rayonu ərazisindəki mağazaların birində bir qadının çantasından 250 manat pulunu, sənədlərini və bank kartlarını oğurlaması da müəyyən olunub.

# 1827
avatar

Oxşar yazılar