İki gün əvvəl məktəb direktoru təyin edilmişdi:  İşdən çıxarıldı
03 fevral 2023 21:41 (UTC +04:00)

İki gün əvvəl məktəb direktoru təyin edilmişdi: İşdən çıxarıldı

Naxçıvan şəhəri 12 saylı tam orta məktəbin direktoru Turan Məmmədli işdən azad olunub.

Lent.az-ın APA-ya istinadla məlumatına görə, ötən gün yaranan insidentdən sonra bu gün məktəbin müəllimləri dərs keçməyiblər və direktorun işdən azad olması üçün müraciətə müəllimlərin hamısı imza atıb.

Etirazlardan sonra təhsil naziri Rəhman Məmmədov məktəbə gəlib. Bu gün axşam saatlarında isə müəllimlər Azərbaycan Prezidentinin  Naxçıvan Muxtar Respublikasındakı səlahiyyətli nümayəndəsi Fuad Nəcəflinin qəbulunda olublar. 

Görüşdən sonra fevralın 1-də təyin olunan direktor Turan Məmmədlinin işdən azad olunduğu bildirilib.
 

# 4266
avatar

Oxşar yazılar