Bakıda qadına qarşı külli miqdarda dələduzluq edilib.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Binəqədi rayonunda bir qadının naməlum şəxs tərəfindən aldadılaraq 10000 manat, 10000 dollar və 500 avro pulunun alınması barədə polisə məlumat daxil olub.
Binəqədi rayon Polis İdarəsinin 7-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq əməlini törətməkdə şübhəli bilinən H.Ələkbərova saxlanılıb.
Araşdırma aparılır.