Həbsdəki ərinə toyuğun içində narkotik apardı -  FOTO
13 yanvar 2021 17:06 (UTC +04:00)

Həbsdəki ərinə toyuğun içində narkotik apardı - FOTO

Bakı İstintaq təcridxanasına psixotrop maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

Penitensiar xidmətdən Lent.az-a verilən məlumata görə, Cinayət Məcəlləsinin 234.3-cü maddəsi ilə təqsirli bilinərək həbs edilən və hazırda Bakı İstintaq təcridxanasında saxlanılan Hənifəyev Emin Nizami oğluna arvadı Bakı şəhər sakini Əliyeva Kamalə Kamil qızının gətirdiyi sovqata baxış keçirilib. Bu zaman orada olan plastmas qabdakı bişmiş toyuğun dərisinin altında xüsusi üsulla gizlədilmiş sellofan bükülüdə ümumi çəkisi 0,271 qram olan psixotrop maddə - metamfetamin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

# 1440
avatar

Mehman Nəbiyev

Oxşar yazılar