Göygöldə kafe yandı
08 sentyabr 2024 10:31 (UTC +04:00)

Göygöldə kafe yandı

Göygöl rayonunun Mollacəlilli kəndində ümumi sahəsi 160 m² olan obyektin (kafe kimi fəaliyyət göstərir) dam örtüyünün taxta atmaları, lambirdən ibarət tavanı və içərisində olan əşyalar qismən yanıb.

Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən xəbərə görə, yüksək temperaturdan 7 ədəd plastikdən ibarət pəncərə çərçivəsi deformasiyaya uğrayıb.

Obyektin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 339
avatar

Oxşar yazılar