Göyçayda "Jiquli" kanala düşdü, ölən var
11 iyun 2024 10:27 (UTC +04:00)

Göyçayda "Jiquli" kanala düşdü, ölən var

0

Göyçayda ölümlə nəticələnən yol qəzası olub.

Lent.az xəbər verir ki, hadisə Qarabaqqal kəndində baş verib. 22 yaşlı Cəlilov Tahir Elşən oğlu gecə saatlarında idarə etdiyi "VAZ-2107" markalı avtomobillə hərəkətdə olarkən əks istiqamətə çıxaraq, yol kənarında dayanan "Zil" markalı avtomobilə çırpılıb. Daha sonra isə kanala düşüb.

Nəticədə T. Cəlilov ölüb.

Faktla bağlı cinayət işi başlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2765

Oxşar yazılar