Goranboyda "BMW"  alışıb yandı
02 iyun 2025 20:28 (UTC +04:00)

Goranboyda "BMW" alışıb yandı

Goranboy rayonunda yanğın hadisəsi baş verib.

Lent.az xəbər verir ki, hadisə Qazanbulaq kəndi ərazisində qeydə alınıb.

Gəncə şəhər sakini, 1995-ci il təvəllüdlü Ayxan Həsənovun idarə etdiyi “BMW” markalı minik avtomobili hərəkətdə olarkən qəfildən alışıb.

Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürən texnikası və şəxsi heyəti cəlb olunub. Yanğın qısa müddətdə söndürülüb.

İlkin ehtimala görə, yanğına avtomobilin elektrik sistemində baş vermiş qısaqapanma səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1008

Oxşar yazılar