Gəncədə qonşular arasında dava qanla bitib.
Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Yeni Gəncə yaşayış massivində baş verib.
Şəhər sakini 75 yaşlı T. Rzayeva qolunun kəsilmiş yarası və 28 yaşlı İ. Priverdiyeva barmağının sınığı ilə xəstəxanaya yerləşdirilib.
Dərhal hər iki xəstəyə yardım edilib. Onların vəziyyətinin kafi olduğu bildirilir.
Məlumata görə, yaralanan hər iki şəxs qonşu olublar.
Faktla bağlı araşdırma aparılır.