Gəncədə qadına qarşı SOYĞUNÇULUQ edən  qadın tutuldu
22 avqust 2022 16:14 (UTC +04:00)

Gəncədə qadına qarşı SOYĞUNÇULUQ edən qadın tutuldu

Avqustun 20-də saat 12 radələrində Gəncə şəhəri Nizami prospektində naməlum şəxs şəhər sakini olan bir qadının içərisində 1158 manat, 100 dollar, mobil telefon və bankomat kartları olan çantasını soyğunçuluq yolu əlindən alıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, şəhər Baş Polis İdarəsi 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qadını talamaqda şübhəli bilinən Gəncə şəhər sakini G.Abdullayeva saxlanılıb.

Faktla bağlı şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

# 2070
avatar

Mehman Nəbiyev

Oxşar yazılar