Gəncədə DƏHŞƏT:  evdə diri-diri yandı -  YENİLƏNİB
13 aprel 2024 12:39 (UTC +04:00)

Gəncədə DƏHŞƏT: evdə diri-diri yandı - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyi Gəncədə baş verən yanğın hadisəsi ilə bağlı açıqlama yayıb.

FHN-dən Lent.az-a verilən xəbərə görə, Gəncə şəhərində ümumi sahəsi 190 m² (hər mərtəbəsi 95 m²) olan ikimərtəbəli 7 otaqlı evin 1-ci mərtəbəsində bir otağında ev əşyaları 50 m² sahədə yanıb. Yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin yanmış meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

***
11:42

Gəncədə yanğın hadisəsi baş verib.

Lent.az APA-ya istinadla bildirir ki, hadisə şəhərin Bursa küçəsində qeydə alınıb. Belə ki sözü gedən ünvanda yerləşən fərdi yaşayış evində yanğın olub. Dərhal əraziyə FHN-nin yanğınsöndürmə qüvvələri və canlı qüvvəsi cəlb olunub.

Yanğın kəşfiyyatı zamanı evdən 1966-ci il təvəllüdlü Kamil Quliyevin meyiti tapılıb. Əraziyə polis və təcili tibbi yardım briqadası cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Gəncədə yanğın olub, ölən var - FOTO Gəncədə yanğın olub, ölən var - FOTO

# 3237
avatar

Oxşar yazılar