Gədəbəydə  KÜTLƏVİ DAVA:   Ölən və yaralananlar var - YENİLƏNİB
28 may 2023 10:56 (UTC +04:00)

Gədəbəydə KÜTLƏVİ DAVA: Ölən və yaralananlar var - YENİLƏNİB

Gədəbəy rayonu, Novosaratovka kəndi ərazisində yerləşən "Dəniz" adlı kafedə şəxslər arasında yaranmış mübahisə nəticəsində Tapdıqov Teymur Cümşüd oğlunun ölməsi, Tapdıqov Samir Cümşüd oğlunun və Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər İbrahimov Elpərəs Bəhman oğlunun müxtəlif dərəcəli bədən xəsarətləri alması faktı ilə əlaqədar Şəmkir hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə istintaq davam etdirilir.

Lent.az xəbər verir ki, bunu hərbi prokurorun böyük köməkçisi-Hərbi Prokurorluğunun Mətbuat xidmətinin rəhbəri, Baş ədliyyə müşaviri Firad Əliyev deyib.

Belə ki, iş üzrə hadisə yerinə və meyitə baxış keçirilib, şahidlər dindirilmiş, müvafiq ekspertizalar təyin edilərək icraya yönəldilib, digər təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilmiş və hazırda qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsinin, o cümlədən şəxslərin əməllərinə hüquqi qiymət verilməsinin təmin edilməsi məqsədilə digər istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

İstintaqın gedişatı və hadisənin təfərrüatı barədə ictimaiyyətə əlavə məlumat verilməsi təmin ediləcək.

***

saat 08.34

Gədəbəy Rayon Polis Şöbəsinə rayonun Novosaratovka kəndin 2 nəfərin bıçaq xəsarəti alması, 1 nəfərin isə qətlə yetirilməsi ilə bağlı məlumat daxil olub.

Lent.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov məlumat verib.

Qeyd olunub ki. dərhal Rayon Polis Şöbəsinin və Prokurorluğunun əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb.

İlkin araşdırmalar zamanı məlum olub ki, rayon sakinləri 1986-cı il təvəllüdlü Teymur Tapdıqov, qardaşı 1981-ci il təvəllüdlü Samir Tapdıqov və 1998-ci il təvəllüdlü Elpərəs İbrahimov şəxsi münasibətlər zəminində mübahisə edərək bir-birlərinə bıçaq xəsarətləri yetirmiş nəticədə Teymur Tapdıqov ölmüş, digər 2 nəfər isə xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı araşdırmalar davam etdirilir.

***

Saat 08:23

Gədəbəydə qətl hadisəsi baş verib.

Lent.az xəbər verir ki, hadisə rayonun Novosartovka kəndindəki kafedə qeydə alınıb.

Kütləvi dava zamanı 1 nəfər bıçaqlanaraq qətlə yetrilib, 2 nəfər xəsarət alıb.

Bıçaqlanlar 1981-ci il təvəllüdlü Samir Tapdıqov və 1998-ci il təvəllüdlü Elpərəs İbrahimovdur.

Faktla bağlı araşdırma aparılır.

# 5220
avatar

Oxşar yazılar

Qatil qeyri-adi şəkildə  həbsxanadan   qaçdı

Qatil qeyri-adi şəkildə həbsxanadan qaçdı

28 mart 2024 , 19:38
Bakıda kafedə ÖLÜM

Bakıda kafedə ÖLÜM

28 mart 2024 , 19:18
Yarım milyon mənimsəyən baş həkim HƏBSDƏ ÖLDÜ

Yarım milyon mənimsəyən baş həkim HƏBSDƏ ÖLDÜ

28 mart 2024 , 18:03
Mingəçevirdə yataqxanada yanğın - VİDEO

Mingəçevirdə yataqxanada yanğın - VİDEO

28 mart 2024 , 18:02
Taleh Qaraşovun qardaşı oğluna AĞIR CƏZA

Taleh Qaraşovun qardaşı oğluna AĞIR CƏZA

28 mart 2024 , 17:08
Bakıda evdən  meyit   tapıldı

Bakıda evdən meyit tapıldı

28 mart 2024 , 16:23
Qadın 6 min dollardan çox pulu  pəncərədən   atdı

Qadın 6 min dollardan çox pulu pəncərədən atdı

28 mart 2024 , 16:12
Azad Rəhimovun oğlu dindirildi - Bakı Şəhər Halqasında korrupsiya

Azad Rəhimovun oğlu dindirildi - Bakı Şəhər Halqasında korrupsiya

28 mart 2024 , 15:44