Füzulidə 23 yaşlı gənc MİNAYA DÜŞDÜ
28 may 2022 19:35 (UTC +04:00)

Füzulidə 23 yaşlı gənc MİNAYA DÜŞDÜ

Mayın 28-si saat 18 radələrində Füzuli rayonunun işğaldan azad olunmuş ərazisində 1999-cu il təvəllüdlü Xəyal Abdullayevin çoxsaylı qəlpə yarası alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Füzuli rayon prokurorluğundan Lent.az-a verilən xəbərə görə, aparılmış araşdırmalarla kənd-təsərrüfatı fəaliyyəti ilə məşğul olan Xəyal Abdullayevin rayonun Gorazıllı kəndi ərazisində minaya düşməsi nəticəsində xəsarətlər alması müəyyən edilib.

Hazırda faktla bağlı Füzuli rayon prokurorluğunda araşdırma aparılır.

# 2163
avatar

Oxşar yazılar