FHN-in xilasediciləri 16 nəfəri dağıntılar altından sağ çıxardı  -VİDEO
08 fevral 2023 08:30 (UTC +04:00)

FHN-in xilasediciləri 16 nəfəri dağıntılar altından sağ çıxardı  -VİDEO

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Türkiyədə olan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirirlər.

Lent.az xəbər verir ki, FHN-in xilasediciləri zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş rayonu ərazisində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 3-ü uşaq olmaqla 16 nəfəri sağ, 29 nəfərin isə cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyatların gedişi barədə əlavə məlumat veriləcək.
 

# 2196
avatar

Oxşar yazılar