Fermer həyətindən qızıl küpəsi  tapdı
19 aprel 2024 14:43 (UTC +04:00)

Fermer həyətindən qızıl küpəsi tapdı

Türkiyədə fermer həyətində qızıl küpəsi tapıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, Hatayın Antakya rayonunun Saçaklı məhəlləsində zeytun bağını traktorla şumlamaq istəyən fermer İsmət Kaya qızıl sikkələri ilədolu küpə tapıb. Şumlama zamanı parçalanan küpəni yoxlayan Kaya qızılın ətrafa yayıldığını görüb.

Kaya vəziyyəti jandarma qruplarına xəbər verib, asayiş keşikçiləri və muzey müdirliyi işçiləri əraziyə gəlib. Yoxlamalar zamanı 22 ədəd qızıl sikkə tapılıb və bunların Bizans dövrünə aid sikkələr olduğu üzə çıxıb. Sikkələr muzey müdirliyi qrupları tərəfindən qəbul edilərək mühafizəyə götürülüb.

# 4455
avatar

Oxşar yazılar