Evin damında narkotik anbarı yaratdı - FOTO
06 oktyabr 2022 10:44 (UTC +04:00)

Evin damında narkotik anbarı yaratdı - FOTO

Balakəndə narkotiklərlə əlaqəli 6 nəfər tutulub, külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir nəticəsində Gərəkli kənd sakini, əvvəllər də məhkum olunmuş Fərhad Qarayev saxlanılıb. Onun üzərinə və yaşadığı ünvana baxış zamanı ümumi çəkisi 4 kiloqram olan qurudulmuş marixuana, eləcə də çətənə bitkilərinin hissələri aşkar olunaraq götürülüb. Saxlanılan şəxs ifadəsində narkotik vasitəni iyul ayında becərdiyi çətənə kollarından yığaraq əldə etdiyini və heç kimin görməməsi üçün evin çardağında gizlətdiyini bildirib.

Şöbənin Cinayət Axtarış Bölməsinin və Narkotiklərlə Mübarizə Qrupunun əməkdaşlarının keçirdikləri digər əməliyyatlar nəticəsində daha 4 nəfər rayon sakini - Rahib Hüseynov, Yaqub Qarayev, Röyal Mirəliyev və Elçin Balagözov tutulub. Araşdırmalar zamanı saxlanılanlardan bəzilərinin əvvəllər də eyni əmələ görə məhkum olunduqları müəyyən edilib. Həmin şəxslərin üzərindən və yaşadıqları ünvanlardan müxtəlif növ narkotik vasitələr aşkarlanaraq istintaqa təqdim olunub.

Faktlarla bağlı cinayət işləri başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.

# 2175
avatar

Oxşar yazılar

Şamaxıda müəllim şagirdi döydü, araşdırma başladı

Şamaxıda müəllim şagirdi döydü, araşdırma başladı

2 dekabr 2022 , 12:07
Bakı-Sumqayıt yolundakı piyada keçidini kəsib oğurlamaq istədilər

Bakı-Sumqayıt yolundakı piyada keçidini kəsib oğurlamaq istədilər

2 dekabr 2022 , 11:59
Şuşaya yanacaq aparan maşın aşdı: ölən var

Şuşaya yanacaq aparan maşın aşdı: ölən var

2 dekabr 2022 , 11:15
Bakıda əcnəbi biznesmen işlətdiyi restoranda öldü

Bakıda əcnəbi biznesmen işlətdiyi restoranda öldü

2 dekabr 2022 , 09:11
Bu küçələrdə sıxlıq var - SİYAHI

Bu küçələrdə sıxlıq var - SİYAHI

2 dekabr 2022 , 08:35
İnşaatçılar prospektində gənc oğlanı maşın vurdu, vəziyyəti...

İnşaatçılar prospektində gənc oğlanı maşın vurdu, vəziyyəti...

2 dekabr 2022 , 08:33
23 yaşlı gənc özünə bıçaqla xəsarət yetirdi

23 yaşlı gənc özünə bıçaqla xəsarət yetirdi

2 dekabr 2022 , 08:00
Minik avtomobili evakuatora çırpıldı, xəsarət alan var -FOTO

Minik avtomobili evakuatora çırpıldı, xəsarət alan var -FOTO

2 dekabr 2022 , 02:49