“Eurohome”un müdirini öldürən öz qohumlarıdır? RƏSMİ MƏLUMAT
19 iyul 2022 09:54 (UTC +04:00)

“Eurohome”un müdirini öldürən öz qohumlarıdır? RƏSMİ MƏLUMAT

İyulun 18-i saat 16 radələrində Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən “Eurohome” ticarət mərkəzində kombi satışı ilə məşğul olan 1983-cü il təvəllüdlü Şəmşiddin Quliyevin iş yerində çoxsaylı bıçaq xəsarətləri yetririlərək  öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Binəqədi rayon prokurorluğundan Lent.az-a verilən məlumata görə, aparılmış araşdırmalarla cinayətin zərərçəkmişin qohumları Vüsal Yusibov və qardaşı Rafayıl Yusibov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.Vüsal və Rafayıl Yusibovlar şübhəli şəxs qismində tutularaq istintaqa cəlb ediliblər.

 İstintaq davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5174

Oxşar yazılar