Ermənilər Kəlbəcəri yenə  atəşə tutdu
06 iyul 2022 10:05 (UTC +04:00)

Ermənilər Kəlbəcəri yenə atəşə tutdu

Ermənilər növbəti dəfə atəşkəsi pozub.

Müdafiə Nazirliyindən Lent.az-a verilən məlumata görə, iyulun 5-i gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yuxarı Ayrım yaşayış məntəqəsi istiqamətində yerləşən Ordumuzun mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.

Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən adekvat cavab tədbirləri nəticəsində qarşı tərəf susdurulub.

# 1488
avatar

Mehman Nəbiyev

Oxşar yazılar