Əhali Zaqatalada yanğının söndürülməsində fədakarlıq edir – FHN rəsmisi
01 sentyabr 2022 20:56 (UTC +04:00)

Əhali Zaqatalada yanğının söndürülməsində fədakarlıq edir – FHN rəsmisi

Zaqatalada mürəkkəb relyefli yüksək dağlıq-meşəlik ərazidə baş verən yanğının söndürülməsində kənd əhalisi böyük fədakarlıq göstərir. 

Lent.az-ın APA-ya istinadla məlumatına görə, bunu  Zaqatala dağlarında baş verən yanğınla bağlı televiziya  kanallarına müsahibəsində Fövqaladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini polkovnik Rza Xudiyev deyib. Onun sözlərinə görə, kənd əhalisi böyük fədakarlıq nümayiş etdirir, hamı könüllü olaraq yadım edir. 

Qeyd edək ki, çətin relyefli yüksək dağlıq-meşəlik ərazidə avqustun 30-u günorta saatlarından başlayan yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin (FHN) Zaqatala və Balakən  rayonlarının Dövlət Yanğından Mühafizə Hissəsinin müvafiq texnikaları, 100 nəfər şəxsi heyəti, FHN-nin aviasiya dəstəsinin iki helikopteri, Ekologiya və Təbi Sərvətlər Nazirliyinin,  DİN-nin Zaqatala rayon Polis Şöbəsinin əməkdaşları, yerli icra nümayəndəlikləri, yerli sakinlər cəlb edilib. Hazırda ərazidə 400-dən yuxarı canlı qüvvə əl əməyindən istifadə etməklə yanğının söndürülməsi üçün iş aparır.
 

# 7032
avatar

Oxşar yazılar