Yüksək sürətlə radara düşən maşın və protokol
16 may 2021 11:18 (UTC +04:00)

Yüksək sürətlə radara düşən maşın və protokol

DYP “205”lə radara düşən sürücü ilə bağlı QƏRAR VERDİ

Baş Dövlət Yol Polisi İdarəsi Ağsu-Ağdaş yolunda sürücünün 205 km/saat sürətlə radara düşməsi ilə bağlı araşdırma aparıb.

Bu barədə Lent.az-a idarənin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Namidan Piriyev məlumat verib.

Onun sözlərinə görə, araşdırmalar zamanı həmin qayda pozuntusunda texniki səhv aşkar edilib: “Qeydə alınan cərimə və sürücünün həmin sürətlə radara düşməsi texniki səhvdir. Təbii ki, o sürətlə avtomobil getməz. Buna görə də sürücüyə tərtib olunan cərimə ləğv olunacaq”.

Qeyd edək ki, ötən gün Ağsu-Ağdaş yolunda “Kia Sportage” markalı avtomobilin 205 km/saat sürətlə radara düşməsi barədə məlumat vermişdik.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8679
avatar

Mehman Nəbiyev

Oxşar yazılar