Dünən yol qəzalarında 2 piyada ölüb
01 iyul 2021 13:17 (UTC +04:00)

Dünən yol qəzalarında 2 piyada ölüb

İyunun 30-da yol qəzalarında iki piyada həyatını itirib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, iyunun 30-da saat 21 radələrində Yevlax şəhəri ərazisində şəhər sakini M.Yusifov idarə etdiyi “Chevrolet” markalı avtomobillə yolu keçən həmyerlisi Ülviyyə Məmmədovanı vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.

Faktla bağlı Yevlax rayon Polis Şöbəsində araşdırma aparılır.

Daha bir qəza isə həmin gün saat 23 radələrində Abşeron rayonunun Müşfiqabad qəsəbəsi ərazisində qeydə alınıb. İmişli rayon sakini Ə.İbişov idarə etdiyi “Ford” markalı avtomobillə yolu keçən 35-40 yaşlı kişini vurub. Nəticədə həmin şəxs aldığı xəsarətlərdən hadisə yerində ölüb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1086
avatar

Mehman Nəbiyev

Oxşar yazılar