Dövlət qurumunu aldadan azərbaycanlıya cinayət işi açıldı
24 aprel 2024 15:16 (UTC +04:00)

Dövlət qurumunu aldadan azərbaycanlıya cinayət işi açıldı

Rusiyada saxta passport təqdim edən azərbaycanlıya cinayət işi açılıb.

Lent.az Rusiya mediasına istinadla bildirir ki, Azərbaycan vətəndaşı aprelin əvvəlində Rusiya Daxili İşlər Nazirliyinin Tomsk vilayəti üzrə Miqrasiya İdarəsinə müraciət edib. İki il əvvəl Rusiya vətəndaşlığını alan kişi 14 yaşlı uşağını da ora köçürmək qərarına gəlib. O, yeniyetmə oğluna vətəndaşlıq almaq üçün müraciət edib. Kişi şəxsiyyətini təsdiqləmək üçün miqrasiya idarəsinə Azərbaycanda aldığı iddia edilən milli pasport təqdim edib.

“Ancaq sənədin həqiqiliyi polisdə şübhələr yaratdığından ekspertizaya göndərilib. Nəticələr göstərdi ki, uşağın pasportu saxtadır”, - Rusiya Daxili İşlər Nazirliyinin region üzrə məlumatında deyilir.

Daha sonra həmin şəxs etiraf edib ki, sənədi rəsmiləşdirməkdən ötrü uşaqla Azərbaycana getməmək üçün internetdən sənəd sifariş verib.

Azərbaycanlıya qarşı cinayət işi açılıb. İstintaq davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3744

Oxşar yazılar

Güclü külək paytaxtda fəsadlar törətdi-FOTO

Güclü külək paytaxtda fəsadlar törətdi-FOTO

9 aprel 2025 , 02:19
Ərini baltalayan  üç uşaq anası azadlığa buraxıldı

Ərini baltalayan üç uşaq anası azadlığa buraxıldı

8 aprel 2025 , 23:15
Anar Abdulla cinayət məsuliyyətinə  cəlb olundu

Anar Abdulla cinayət məsuliyyətinə cəlb olundu

8 aprel 2025 , 22:54
Bakıda kişi özünü asdı

Bakıda kişi özünü asdı

8 aprel 2025 , 19:29
Edamlar son 10 ilin  ən yüksək səviyyəsinə   çatıb

Edamlar son 10 ilin ən yüksək səviyyəsinə çatıb

8 aprel 2025 , 19:01
Kamran Əliyev Xanlar Vəliyevi yola saldı - YENİLƏNİB

Kamran Əliyev Xanlar Vəliyevi yola saldı - YENİLƏNİB

8 aprel 2025 , 18:36
Gəncədə 2 nəfərin meyiti  tapıldı - YENİLƏNİB

Gəncədə 2 nəfərin meyiti tapıldı - YENİLƏNİB

8 aprel 2025 , 17:51
Bulvarda dənizdən meyit tapıldı

Bulvarda dənizdən meyit tapıldı

8 aprel 2025 , 16:19