Bu restoranın fəaliyyəti dayandırıldı - VİDEO
15 may 2024 12:09 (UTC +04:00)

Bu restoranın fəaliyyəti dayandırıldı - VİDEO

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.

Nazirlikdən Lent.az-a verilən xəbərə görə, bu çərçivədə, Xidmət tərəfindən Ağsu rayonu, Bakı-Qazax avtomobil yolunun 148-ci kilometrliyində yerləşən “Meh” restoranında keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib. Belə ki:

- elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydası”nın tələblərinə uyğun quraşdırılmayıb;

- obyekt ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməyib;

- obyekt “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icbari qaydada sığortalanmayıb.

Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.

Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Ağsu rayonu, Bakı-Qazax avtomobil yolunun 148-ci kilometrliyində yerləşən “Meh” restoranının fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2424
avatar

Oxşar yazılar

İsmayıllıda 3 uşaq anasını cərəyan  vurub öldürdü

İsmayıllıda 3 uşaq anasını cərəyan vurub öldürdü

15 iyun 2024 , 19:22
Kənd ərazisindən insan kəlləsi  tapıldı

Kənd ərazisindən insan kəlləsi tapıldı

15 iyun 2024 , 19:17
“Sədərək”də YANĞIN

“Sədərək”də YANĞIN

15 iyun 2024 , 18:52
Bakıda qocaları aldadıb yarım milyondan çox  pullarını aldılar - VİDEO

Bakıda qocaları aldadıb yarım milyondan çox pullarını aldılar - VİDEO

15 iyun 2024 , 17:19
Bloqqer Hüseyn Həsənov məhkəməyə verildi  - milyonlarla borcu var

Bloqqer Hüseyn Həsənov məhkəməyə verildi - milyonlarla borcu var

15 iyun 2024 , 16:14
Ələsgər Məmmədli hospitala köçürülür

Ələsgər Məmmədli hospitala köçürülür

15 iyun 2024 , 15:40
Azərbaycan onu Avropaya təhvil verdi

Azərbaycan onu Avropaya təhvil verdi

15 iyun 2024 , 15:26
Evdən 3000 manat oğurlandı

Evdən 3000 manat oğurlandı

15 iyun 2024 , 15:03