Bəxtiyar Hacıyev
09 dekabr 2022 17:10 (UTC +04:00)

Bəxtiyar Hacıyev

Bəxtiyar Hacıyevə bu qədər həbs cəzası verildi - YENİLƏNİB

İctimai fəal Bəxtiyar Hacıyev barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatətə baxılıb.

Lent.az xəbər verir ki, bu barədə vəkil Aqil Layıc məlumat paylaşıb. Onun sözlərinə görə, Xətai rayon Məhkəməsində hakim Fuad Axundovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Qərara əsasən, Bəxtiyar Hacıyev barəsində 1 ay 20 günlük həbs qətimkan tədbiri seçilib.

***
Saat: 14:55

Daxili İşlər Nazirliyi Bəxtiyar Hacıyevin saxlanılmasına münasibət bildirib.

Nazirliyin mətbuat xidmətindən Lent.az-a bildirilib ki, vətəndaş Bəxtiyar Hacıyevin saxlanılması Bakı şəhər Baş Polis İdarəsində Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) və 289-cu (Məhkəməyə hörmətsizlik etmə) maddələri ilə başlanmış cinayət işi ilə əlaqədardır.

Barəsində qətimkan tədbiri seçilmək üçün o bu gün məhkəməyə göndərilib.

***
Saat: 14:28

İctimai fəal Bəxtiyar Hacıyev saxlanılıb.

Lent.az xəbər verir ki, bu barədə tanınmış vəkil Aqil Layıc məlumat paylaşıb. Onun sözlərinə görə, Bəxtiyar Hacıyev Baş Polis İdarəsində cinayət məsuliyyətinə cəlb edilib.

Vəkil bildirib ki, o, hazırda barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün Xətai rayon Məhkəməsinə aparılır.

Məlumata görə, B. Hacıyev Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsilə təqsirli bilinir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 10167

Oxşar yazılar

Bakıda QƏZA:  Xəsarət alan var

Bakıda QƏZA: Xəsarət alan var

19 iyul 2025 , 01:37
"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar  təqdim edildi

"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar təqdim edildi

18 iyul 2025 , 22:37
Balakəndə maşın yaşlı qadını  vurub öldürdü

Balakəndə maşın yaşlı qadını vurub öldürdü

18 iyul 2025 , 21:50
Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

18 iyul 2025 , 21:48
Xaçmazda kişi dənizdə batdı

Xaçmazda kişi dənizdə batdı

18 iyul 2025 , 19:33
Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

18 iyul 2025 , 19:26
Bakıda quldurluq və oğurluq edən  5 nəfər tutuldu

Bakıda quldurluq və oğurluq edən 5 nəfər tutuldu

18 iyul 2025 , 19:23
Şirvanda sirkə turşusundan  zəhərlənən kişi öldü

Şirvanda sirkə turşusundan zəhərlənən kişi öldü

18 iyul 2025 , 19:15