Rusiyanın Tanbov şəhərində mərkəzi bazarda azərbaycanlılar arasında atışma olub.
Lent.az-ın Rusiya mediasına istindədən verdiyi xəbərə görə, münaqişəyə səbəb, bazardakı ticarət nöqtələri ilə əlaqəli olub. 34 yaşlı Azərbaycan vətəndaşı tapançadan atəş açaraq 3 nəfəri güllələyib. Onlar ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Atəş açan isə saxlanılıb.