Başı kəsilən hamilə,  60 dəfə bıçaqlanan qayınata, məhkəmədə qışqıran ər – AİLƏ FACİƏSİ
03 yanvar 2022 11:00 (UTC +04:00)

Başı kəsilən hamilə, 60 dəfə bıçaqlanan qayınata, məhkəmədə qışqıran ər – AİLƏ FACİƏSİ

Rusiyada səs-küylü cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Lent.az Rusiyz KİV-ə istinadən xəbər verir ki, hamilə arvadını və qayınatasını amansızcasına qətlə yetirən müttəhimə hökm oxunub.

Hadisə ötən ilin fevral ayında Perm şəhərində baş verib.

Müttəhim Şohnəzər Şosəfərovun işi Rusiya İstintaq Komitəsinin İstintaq İdarəsi tərəfindən araşdırılıb.

Məlum olub ki, uzun müddət imiş ki, Şohnəzərlə həyat yoldaşı və onun qohumları arasında mübahisələr olurmuş. O, arvadının qohumlarına qarşı aqressiv münasibətdə olub.

Bir gün o, hamilə arvadı ilə yenidən mübahisə edib. Bu dəfə bıçağa əl ataraq arvadına zərbələr endirib, sonra onun başını kəsib.

Qatil bununla da kifayətlənməyib. Qayınatasını da “cəzalandırmaq” fikrinə düşüm. Qayınatası ilə küçədə rastlaşıb. Yaxınlaşan kimi ona çoxsaylı bıçaq zərbələri vurub. 

Məhkəmə-tibb ekspertizası qayınatanın bədənində 60-a yaxın bıçaq xəsarətləri müəyyən ediblər.

Təqsirləndirilən şəxs törətdiyi cinayəti etiraf edib, əməlindən peşman olduğunu bildirib. 

Məhkəmə Ş.Şosəfərova ömürlük həbs cəzası verib.

Hökm elan edildikdən sonra təqsirləndirilən şəxs əsəbiləşib və belə bir cəza ilə razılaşmadığını deyərək qışqırmağa başlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3361

Oxşar yazılar

Bakıda evdən 90 minlik  OĞURLUQ

Bakıda evdən 90 minlik OĞURLUQ

22 aprel 2025 , 15:40
Yeni doğulmuş körpəsini küçəyə atdı

Yeni doğulmuş körpəsini küçəyə atdı

22 aprel 2025 , 14:14
Bu rayonda bir gündə iki meyit  TAPILDI

Bu rayonda bir gündə iki meyit TAPILDI

22 aprel 2025 , 14:00
Mina qurbanları Vardanyanın məhkəməsinə əsa ilə gəldilər

Mina qurbanları Vardanyanın məhkəməsinə əsa ilə gəldilər

22 aprel 2025 , 13:53
Sumqayıtda parkda  meyit tapıldı

Sumqayıtda parkda meyit tapıldı

22 aprel 2025 , 13:39
Məktəbli qızları şantaj edən  əcnəbiyə ağır cəza verildi

Məktəbli qızları şantaj edən əcnəbiyə ağır cəza verildi

22 aprel 2025 , 13:32
Yol qəzası törədən polis saxlanıldı

Yol qəzası törədən polis saxlanıldı

22 aprel 2025 , 13:18
Kişini döyüb binadan atdılar

Kişini döyüb binadan atdılar

22 aprel 2025 , 12:38