Bakının mərkəzində YANĞIN  baş verdi - FOTO  - YENİLƏNİB
29 iyun 2022 01:45 (UTC +04:00)

Bakının mərkəzində YANĞIN baş verdi - FOTO - YENİLƏNİB

Paytaxtın mərkəzində baş verən yanğınla bağlı rəsmi məlumata yayılıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Lent.az-a verilən xəbərə görə, nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu ərazisində "Qış parkı"nın yaxınlığında yanğın olması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı yanğının tikinti aparılan ərazidə baş verdiyi müəyyən olunub. İlkin məlumata əsasən, təqribən 100 m² sahədə tikinti materialları yanıb.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***

Saat 01:21

Bakıda yanğın olub.

Lent.az xəbər verir ki, hadisə Nəsimi rayonunda qeydə alınıb.

Hazırda yanğının söndürülməsi işləri aparılır.

# 1821
avatar

Oxşar yazılar