Bakının əksər yollarında TIXAC- SİYAHI
13 iyun 2022 09:54 (UTC +04:00)

Bakının əksər yollarında TIXAC- SİYAHI

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paytaxt yollarındakı son vəziyyətlə bağlı məlumat yayıb.

Mərkəzdən Lent.az-a bildirilib ki, hazırda paytaxt yollarında nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir:

1. Bakı-Sumqayıt şosesində – Xocəsən yolu ilə kəsişmədən Beynəlxalq Avtovağzalın qarşısına qədər sıxlıq
2. Moskva prospektində - Beynəlxalq Avtovağzalın qarşısından 20 yanvar dairəsinə qədər - kənar yolda
3. Binəqədi şosesində - mərkəzə doğru - Azadlıq prospekti metro stansiyası istiqamətində
4. Rövşən Cəfərov küçəsində - 20 yanvar dairəsindən başlayaraq əsas yolda Ziya Bünyadov prospekti istiqamətində
5. Abdulvahab Salamzadə küçəsində, Qələbə dairəsindən Ziya Bünyadov prospekti ilə kəsişməyədək
6. Ziya Bünyadov prospektində - Böyükşor gölünün yanından Atatürk prospekti ilə kəsişməyə qədər əsas yolda, 20 Yanvar dairəsi istiqamətində
7. Tbilisi prospektində 20 yanvar dairəsindən Ak.Həsən Əliyev küçəsi ilə kəsişməyədək A.Bakıxanov küçəsi istiqamətində
8. Ak.Həsən Əliyev küçəsində Tbilisi prospekti ilə kəsişmədən 1 saylı Asan xidmətin qarşısına qədər
9. Abbasqulu ağa Bakıxanov küçəsi – İzmir küçəsi ilə kəsişmədən Səməd Vurğun küçəsi ilə kəsişməyədək Türkiyə səfirliyi istiqamətində sıxlıq
10. Koroğlu Rəhimov küçəsində, Ak.Həsən Əliyev küçəsi istiqamətində nisbətən
11. Heydər Əliyev prospektində - Koroğlu metro stansiyasının qarşısından 5 saylı Asan xidmət mərkəzinin qarşısına qədər əsas və kənar yolda, həmçinin Bağırov körpüsündən Heydər Əliyev Mərkəzi istiqamətində əsas və kənar yolda
12. Xətai prospekti – Tələt Şıxəliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti ilə kəsişməyə qədər
13. Yusif Səfərov küçəsində, Xocalı prospekti ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində və əks istiqamətdə 28 may küçəsinə dönən hissədə
14. 28 may küçəsində Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyədək
15. Dilarə Əliyeva küçəsində, Puşkin küçəsi ilə kəsişmədən hər iki istiqamətdə kəsişməyədək
16. Kövkəb Səfərəliyeva küçəsində 28 may küçəsi ilə kəsişmədən hər iki istiqamətdə sıxlıq müşahidə olunur.

# 1038
avatar

Mehman Nəbiyev

Oxşar yazılar