Bakıda yük avtomobili “VAZ”-la toqquşdu, xəsarət alan var - FOTO
21 iyul 2022 00:13 (UTC +04:00)

Bakıda yük avtomobili “VAZ”-la toqquşdu, xəsarət alan var - FOTO

Bakının Sabunçu rayonunda yol qəzası baş verib.

Lent.az xəbər verir ki, hadisə Kürdəxanı qəsəbəsində qeydə alınıb.

Belə ki, “VAZ 2107” markalı avtomobilin sürücüsü yol hərəkəti qaydalarını pozaraq dairəyə daxil olub. Bu zaman o idarəetməsində olan “Qazel” markalı yük maşınına çırpılıb. Qəza nəticəsində “VAZ 2107”-nin sürücüsü xəsarət alıb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Nurlan Əli

# 2019
avatar

Oxşar yazılar