Bakıda XÜSUSİ ƏMƏLİYYAT:  61 nəfər tutuldu
08 avqust 2022 10:45 (UTC +04:00)

Bakıda XÜSUSİ ƏMƏLİYYAT: 61 nəfər tutuldu

Sabunçu Rayon Polis İdarəsinin, ərazi polis şöbə və bölmələrinin əməkdaşları tərəfindən  iyul ayında rayon ərazisində keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi, eləcə də kultivasiyası ilə məşğul olan, silsilə oğurluq, quldurluq, soyğunçuluq törədən və üzərində qanunsuz olaraq silah saxlayan ümumilikdə 61 nəfər saxlanılıb. 

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, həmin şəxslərdən 40-ı narkotik cinayətləri ilə bağlı polisin keçirdiyi əməliyyat nəticəsində tutulub. Narkotiklə bağlı saxlanılan şəxslərdən 10 min 143 ədəd yaş halda çəkisi 431 kiloqram olan narkotik tərkibli çətənə kolu və 2 kiloqram yüksək təsiredici xassəyə malik narkotik vasitələr aşkar olunub. 

Qeyd edilən dövr ərzində Sabunçu Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyatlar zamanı Balaxanı, Zabrat, Bakıxanov, Maştağa, Nardaran və digər qəsəbələrdə yerləşən evlərdən, mağazalardan silsilə oğurluqlar edən 12 nəfər saxlanılıb. Bu şəxslərin həmin ərazilərdə yerləşən 85 şəxsi evdən və obyektdən pul və məişət əşyaları oğurladıqları müəyyən edilib. 

Hesabat dövründə Sabunçu rayonunda üzərində qanunsuz olaraq silah saxlayan, quldurluq və soyğunçuluq edən 3 nəfər də tutularaq istintaqa cəlb edilib. 

Aşkar edilən bütün faktlarla əlaqədar İdarənin İstintaq Şöbəsində cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir. 
Saxlanılanların cinayət əlaqələrinin müəyyən edilməsi, həmçinin Sabunçu rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan digər şəxslərin tutulması istiqamətində polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir.

# 3468
avatar

Aytəkin Cəlali

Oxşar yazılar

Bakıda bank kartından oğurluq edənlər tutuldu

Bakıda bank kartından oğurluq edənlər tutuldu

19 aprel 2024 , 16:33
Abel Məhərrəmovu məhkəməyə verdilər

Abel Məhərrəmovu məhkəməyə verdilər

19 aprel 2024 , 16:30
Arvadına 22 bıçaq zərbəsi vuran Qaçay HƏBSDƏ ÖLDÜ

Arvadına 22 bıçaq zərbəsi vuran Qaçay HƏBSDƏ ÖLDÜ

19 aprel 2024 , 16:11
Rüşvət alan polis mayoru  saxlanıldı

Rüşvət alan polis mayoru saxlanıldı

19 aprel 2024 , 15:27
Fermer həyətindən qızıl küpəsi  tapdı

Fermer həyətindən qızıl küpəsi tapdı

19 aprel 2024 , 14:43
Bakıda kişi evində yanaraq öldü

Bakıda kişi evində yanaraq öldü

19 aprel 2024 , 13:04
Bakıda yeniyetmə qız binadan yıxıldı

Bakıda yeniyetmə qız binadan yıxıldı

19 aprel 2024 , 12:02
Hamilə qadınların işə götürülməsi qaydası necədir?  – CAVAB 

Hamilə qadınların işə götürülməsi qaydası necədir? – CAVAB 

19 aprel 2024 , 11:36