Bakıda velosiped oğrusu kamerala düşüb.
Lent.az xəbər verir ki, hadisə Suraxanı rayonunda qeydə alınıb.
Suraxanı rayonunda velosioed oğurluqlarının və nəticədə zərərçəkənlərə ümumilikdə 1500 manatdan artıq maddi zərər vuran barədə polisə məlumat daxil olub.
Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş 34 yaşlı İlham Məmmədov müəyyən olunaraq saxlanılıb.
Ondan psixotrop maddə olan metamfetamin də aşkarlanaraq götürülüb.
Bundan başqa, Nizami rayonu ərazisində ayrı-ayrı şəxslərə məxsus akkumulyatorları oğurlamaqda şübhəli bilinən 28 yaşlı X.Nəbiyev və 25 yaşlı A.Cəlilovun saxlanılması da polis əməkdaşları tərəfindən təmin edilib.
Araşdırmalar aparılır.