Bakıda internatdan qaçan 12 yaşlı qız tapılıb.
Lent.az xəbər verir ki, 12 yaşlı S.M paytaxtın Nərimanov rayonu ərazisində tapılaraq "Ümid Yeri" uşaq sığınacağına yerləşdirilib.
***
saat 13:06
Bakıda internat məktəbindən 12 yaşlı qız qaçıb.
Lent.az xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonunda yerləşən internat məktəbində qeydə alınıb.
Orada qalan, 2010 təvəllüdlü S.M məktəbdən qaçıb.
Onun tapılması istiqamətində axtarışlar aparılır.