Bakıda "tiktokerlər"  qəza zamanı ağır yaralandılar
31 mart 2024 03:52 (UTC +04:00)

Bakıda "tiktokerlər" qəza zamanı ağır yaralandılar

Bakının Səbail rayonunda 2 avtomobilin toqquşması ilə nəticələnən yol qəzası baş verib, 2 nəfər xəsarət alıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Zərifə Əliyeva küçəsində baş verib.

Belə ki, "Kia" markalı avtomobili idarə edən sürücü sükana nəzarəti itirərək işıqforun qırmızı işığında dayanan eyni markalı maşına çırpılıb.

Toqquşma nəticəsində avtomobildə olan Cəmilə Əliyeva Fərid qızı və Ələkbərova Ləman Nəcəf qızı ağır bədən xəsarətləri alıb.

Onlar xəstaxanaya yerləşdirilib. Faktı Səbail Rayon Polis İdarəsinin əmakdaşları araşdırır.

Qeyd edək ki, C.Əliyeva və L.Ələkbərova “TikTok” fenomenləridir.

# 4245
avatar

Oxşar yazılar