Bakıda  silahla gəzən keçmiş məhkum  tutuldu
02 may 2022 17:50 (UTC +04:00)

Bakıda silahla gəzən keçmiş məhkum tutuldu

Bərdə sakinindən qanunsuz silah-sursat aşkar edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmərindən Lent.az-a verilən xəbərə görə, Nəqliyyatda Baş Polis İdarəsinin Dəmir Yolu Nəqliyyatında Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Sabunçu dəmir yolu stansiyası ərazisində Bərdə rayon sakini, əvvəllər məhkum olunmuş C.Məmmədov saxlanılıb.

Baxış zamanı ondan tapança, 78 ədəd patron və 1 ədəd patron darağı aşkar edilərək götürülüb.
 

# 1896
avatar

Oxşar yazılar