Bakıda "Range Rover" kişini vurub öldürdü
02 sentyabr 2022 09:09 (UTC +04:00)

Bakıda "Range Rover" kişini vurub öldürdü

Bakıda ölümlə nəticələnən yol qəzası olub.

Lent.az-ın məlumatına görə, hadisə Xəzər rayonu Buzovna qəsəbəsində baş verib. Rüstəmov Fazil Şahbaz oğlu idarə etdiyi "Range Rover" markalı avtomobillə yolu keçən piyada 66 yaşlı Süleymanov Allahyar Baxış oğlunu vurub. Nəticədə piyada yerindəcə keçinib.

Faktla bağlı araşdırma aparılır.

# 1698
avatar

Mehman Nəbiyev

Oxşar yazılar