Bakıda qarajdan külli miqdarda oğurluq olub
04 aprel 2024 14:04 (UTC +04:00)

Bakıda qarajdan külli miqdarda oğurluq olub

Bakıda qarajdan oğurluq edilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, aprelin 1-də Nizami rayonu ərazisində yerləşən qarajların birindən 4650 manat dəyərində avtomobil ehtiyat hissələri oğurlanıb.

Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluqda şübhəli bilinən Anar İbrahimov müəyyən olunaraq saxlanılıb. 

Araşdırma aparılır.

# 1575
avatar

Oxşar yazılar