Bakıda qadını evdə öldürüb qaçan kişi  saxlanıldı
14 noyabr 2022 00:13 (UTC +04:00)

Bakıda qadını evdə öldürüb qaçan kişi saxlanıldı

Noyabrın 12-də günorta saatlarında paytaxtın Nərimanov rayonunda 47 yaşlı Kifayət İsayevanın kirayə yaşadığı evdə öldürülməsi barədə polis orqanlarına məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumarta görə, aparılan araşdırmalarla K.İsayevanı öldürərək hadisə yerindən qaçan naməlum şəxsin 41 yaşlı Elnur Məhərrəmov olmasına əsaslı şübhələr müəyyən edilib.

Polisin keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə E.Məhərrəmov tutularaq istintaqa təhvil verilib. 

Araşdırmalar davam etdirilir.
 

# 2544
avatar

Oxşar yazılar