Bakıda “Prius”la narkotik daşıdılar - VİDEO
10 yanvar 2024 12:14 (UTC +04:00)

Bakıda “Prius”la narkotik daşıdılar - VİDEO

Polis əməkdaşları tərəfindən narkotik vasitələrin satışını təşkil edən şəxslərə qarşı əməliyyatlar davam etdirilir. Xətai Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən növbəti tədbir zamanı  Bakı şəhər sakini əvvəllər məhkum olunmuş 1988-ci il təvəllüdlü Elçin Cəfərov saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, onun idarə etdiyi “Toyota Prius” markalı avtomobilə baxış zamanı 10 kiloqramdan artıq narkotik vasitə heroin aşkar olunaraq götürülüb. Araşdırma zamanı E.Cəfərovun paytaxt ərazisində taksi xidməti adı altında narkotiklərin qanunsuz dövriyyəsini təşkil etdiyi məlum olub. 

Xətai RPİ-nin əməkdaşları tərəfindən həyata keçirilən daha bir əməliyyat zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan Bakı şəhər sakini 1984-cü il təvəllüdlü Ceyhun Abbasquliyev də saxlanılıb. Bu şəxsdən 2 kiloqrama yaxın marixuana aşkar olunaraq götürülüb. 

E.Cəfərov və C.Abbasquliyev onlardan aşkar olunan heroin və marixuananı sosial şəbəkələrdə əlaqə qurduqları İran vətəndaşları vasitəsi ilə paytaxtın müxtəlif ərazilərində gizlədilən yerlərdən ayrı-ayrı şəxslərə çatdırıb pul qazanmaq məqsədi ilə əldə etdiklərini bildiriblər.

Faktlarla bağlı cinayət işləri başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3779

Oxşar yazılar

Kamran Əliyev onları işdən çıxardı - YENİ TƏYİNATLAR

Kamran Əliyev onları işdən çıxardı - YENİ TƏYİNATLAR

19 iyun 2025 , 17:30
ANAMA-nın əməkdaşı QƏFİL ÖLDÜ

ANAMA-nın əməkdaşı QƏFİL ÖLDÜ

19 iyun 2025 , 17:23
Nəcməddin Sadıkovun dindirilməsi istənildi  - “Şlyapa Zahid”in məhkəməsi

Nəcməddin Sadıkovun dindirilməsi istənildi - “Şlyapa Zahid”in məhkəməsi

19 iyun 2025 , 16:19
Hərbçi arvadının sevgilisini  tarlada güllələdi

Hərbçi arvadının sevgilisini tarlada güllələdi

19 iyun 2025 , 15:39
Mahmudağa Mamudzadə

Bakıda prokuror VƏFAT ETDİ

19 iyun 2025 , 14:25
Ucar sakinini ilan sancdı

Ucar sakinini ilan sancdı

19 iyun 2025 , 14:04
Ramiz Duyğun dəfn edildi  -YENİLƏNİB

Ramiz Duyğun dəfn edildi -YENİLƏNİB

19 iyun 2025 , 14:00
David Manukyan minalarla bağlı sorğu-sual edildi

David Manukyan minalarla bağlı sorğu-sual edildi

19 iyun 2025 , 13:57