Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun Kliniki Diaqnostika Laboratoriyasının şöbə müdiri məhkəməyə verilib.
Lent.az xəbər verir ki, həmin şöbənin müdiri Nuriyyə Səlimova barəsində xüsusi ittiham qaydasında şikayət edilib. O, Cinayət Məcəlləsinin 147.1-ci (böhtan) maddəsilə şikayət olunub.
Şikayəti həmin şöbənin həkimi Aynur Əsədli verib.
N. Səlimova barəsində xüsusi ittiham qaydasında edilən şikayətə Səbail rayon Məhkəməsində, hakim Günel Səmədovanın sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, A. Əsədli ötən il işlədiyi xəstəxanada qayçı ilə özünü doğrayaraq, intihara cəhd edib. Lakin həkimlər dərhal müdaxilə edərək, intiharın qarşısını alıblar.