Bakıda minik avtomobili ilə moped toqquşdu, bir nəfər öldü
19 may 2025 08:53 (UTC +04:00)

Bakıda minik avtomobili ilə moped toqquşdu, bir nəfər öldü

Bakıda bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az xəbər verir ki, hadisə Nəsimi rayonunda baş verib.

Belə ki, Sadəddin Ağakişiyevin idarə etdiyi “Toyota Prius C” markalı avtomobil Samir Məmmədovun idarə etdiyi “Minsk” markalı mopedlə toqquşub.

Qəza nəticəsində mopeddə sərnişin qismində olan Əşrəf Mirzəyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı cinayət işi başlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 240

Oxşar yazılar