Bakıda internat məktəbində qız zorlanıb? - RƏSMİ CAVAB
17 iyun 2022 17:45 (UTC +04:00)

Bakıda internat məktəbində qız zorlanıb? - RƏSMİ CAVAB

Bakının Nizami rayonunda yerləşən xüsusi internat məktəbində zorlanma hadisəsi olması barədə iddialar yayılıb.

Lent.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan iddialara görə, Nizami rayonunda yerləşən 3 saylı respublika xüsusi internat məktəbində azyaşlı qızlardan biri cinsi təcavüzə məruz qalıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a bildirilib ki, hadisə ilə bağlı Nizami rayon Polis İdarəsinin 25-ci Polis Bölməsinə müraciət daxil olub:

“Müraciət daha sonra rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Burada işin mahiyyətinin öyrənilməsi üçün ekspertiza təyin olunub.

Lakin ekspertiza zamanı internat məktəbində zorlanma hadisəsinin olmadığı üzə çıxıb.

Hazırda istintaq araşdırmaları davam etdirilir”.

# 5244
avatar

Mehman Nəbiyev

Oxşar yazılar