Bakıda həbsxanaya  "Ana-bala"   yağında telefon gətirdilər
04 noyabr 2023 11:56 (UTC +04:00)

Bakıda həbsxanaya "Ana-bala" yağında telefon gətirdilər

8 saylı cəzaçəkmə müəssisəsinə mobil telefon aparatları keçirilməsinin qarşısı alınıb.

Penitensiar Xidmətdən Lent.az-a verilən xəbərə görə, məhkum Cavid Zəbulla oğlu İbadova qardaşı Pərviz Zəbulla oğlu İbadovun gətirdiyi sovqata baxış keçirilib. Bu zaman dəmir yağ qutusunun içində xüsusi üsulla gizlədilmiş 1 ədəd “Hisense” və 1 ədəd “Samsung” markalı mobil telefon aparatları, 3 ədəd danışıq kartı, 1 ədəd elektrik qidalandırıcı və 2 ədəd qulaqcıq aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

# 2676
avatar

Oxşar yazılar