Bakıda evdən 100 minlik oğurluq
21 fevral 2023 11:27 (UTC +04:00)

Bakıda evdən 100 minlik oğurluq

Nərimanov rayonu ərazisindəki mənzillərin birindən oğurluq edilməsi barədə polisə məlumat daxil olub. 

Lent.az xəbər verir ki, Nərimanov RPİ 16-cı Polis Bölməsinin əməkdaşları tərəfindən müvafiq araşdırma aparılıb və mənzildən 86.500 manat pul, 1500 manat dəyərində qızıl üzük və 3000 manat dəyərində mobil telefonun qeyri-aşkar şəraitdə oğurlanması məlum olub. 

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Sahib Xudaverdiyev müəyyən olunaraq saxlanılıb. 

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2000

Oxşar yazılar