Bakıda BMW ilə "avtoş"luq edən  xanım sürücü tutuldu
01 aprel 2024 14:32 (UTC +04:00)

Bakıda BMW ilə "avtoş"luq edən xanım sürücü tutuldu

Bakı şəhər DYP İdarəsindən verilən məlumata görə, BMW markalı, 90-XZ-012 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq hərəkətləri etdiyi üçün Səbail rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, sürücü barəsində toplanmış materiallar aidiyyəti üzrə Səbail Rayon Məhkəməsinə təqdim olunub. Məhkəmənin qərarı ilə xanım sürücü 1 il sürücülük hüququndan məhrum edilməklə 750 manat məbləğində cərimə olunub.

Həmçinin sürücü avtomobili müvafiq etibarnamə olmadan, eləcə də mövcud standartlara uyğun olmayan dövlət qeydiyyat nişanları ilə nəqliyyat vasitəsini idarə etdiyinə görə barəsində inzibati tədbir görülməklə avtomobil mühafizə olunan müvəqqəti duracağa yerləşdirilib.

# 2481
avatar

Arzu Qurbanlı

Oxşar yazılar

Bakıda körpələr evində  təhlükə aşkarlandı

Bakıda körpələr evində təhlükə aşkarlandı

17 may 2024 , 13:46
Azərbaycanda polis faciəvi şəkildə  öldü - YENİLƏNİB

Azərbaycanda polis faciəvi şəkildə öldü - YENİLƏNİB

17 may 2024 , 13:32
Məktəbli  qızı öldürən   azərbaycanlı həbs olundu

Məktəbli qızı öldürən azərbaycanlı həbs olundu

17 may 2024 , 12:51
İşçiləri müqaviləsiz işlədən şirkətə AĞIR CƏZA

İşçiləri müqaviləsiz işlədən şirkətə AĞIR CƏZA

17 may 2024 , 12:00
Bakıda itkin düşənlər tapıldı

Bakıda itkin düşənlər tapıldı

17 may 2024 , 11:47
Bir günə 10-dan çox adamın 20 min manatı  ələ keçirildi

Bir günə 10-dan çox adamın 20 min manatı ələ keçirildi

17 may 2024 , 11:25
Nəsib Mehdiyev Bakı aeroportunda   saxlanıldı

Nəsib Mehdiyev Bakı aeroportunda saxlanıldı

17 may 2024 , 10:41
Gəncədə kişi qazdan boğulub öldü

Gəncədə kişi qazdan boğulub öldü

17 may 2024 , 09:20