Bakıda avtomobil gənc oğlanı vurub.
Lent.az xəbərinə görə, hadisə Xəzər rayonu, Binə qəsəbəsində baş verib.
24 yaşlı Əbilov İsmayıl Mais oğlu idarə etdiyi BMW markalı avtomobillə 20 yaşlı Hüseynli Ramal Güləli oğlunu vurub.
Piyada aldığı xəsarətlərdən Sabunçu Tibb Mərkəzində ölüb.
Faktla bağlı cinayət işi başlanıb.